27/07/2024 18:33
728 x 90

Amerikalı hərbi analitikdən İsrailə Türkiyə xəbərdarlığı - bölgəyə iki milyon əsgər yeridə bilər...

img

ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri, istefada olan polkovnik və hərbi analitik Duqlas Makqreqor İsrailə quru əməliyyatı ilə bağlı xəbərdarlıq edib.

Sosial media hesabındakı paylaşımında Makqreqor bildirib ki, İsrail ordusu Qəzzaya qurudan böyük hücum təşkil edərsə, İndoneziyadan Mərakeşə qədər hamı İsrailə qarşı hərbi ittifaqda birləşəcək.

Əsas narahatlığının Türkiyə olduğunu vurğulayan Makqreqor deyib: “Bu ittifaq, mənim ən böyük narahatlığıma səbəb olan Türkiyəni də ehtiva edir”.

Bundan əvvəlki açıqlamasında “Dünya müharibəsinin astanasındayıq” deyən və İsrailin mümkün quru əməliyyatında arzulanan müvəffəqiyyətin əldə olunmayacağına diqqət çəkən Makqreqor bildirib ki, Türklər bölgədə ən böyük hava və hərbi gücə malik ölkədir: "Bir ay belə çəkməz bölgəyə iki milyon əsgər yerləşdirə bilərlər. Türklər isə çox amansız döyüşçüdürlər.

Bütün bu qeyd etdiyim şeylər, Qəzzaya girəcəyi təqdirdə İsrail üçün qiyamət olar! Bu qeyd etdiklərim qalib gəlməsi mümkünsüz müharibəni təsvir edir".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar