15/10/2024 00:58
728 x 90

Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

Aydın Mirzəzadə: “Bu dəhliz regionun atmosferini dəyişəcək”

img

Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılıb.

  • “Dəhlizdən istifadə edəcək hər bir ölkə bundan böyük fayda əldə edəcək”

Zəngəzur dəhlizinin açılmasının prosesə necə təsir edəcəyi ilə bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizi Ermənistan üçün növbəti tarixi şans idi. Ermənistan şanslarını itirməkdə davam edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ölkə Azərbaycan və  Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq əvəzinə düşmənçilik siyasətini üstün tutdu. Ermənistan tərəfi Azərbaycan torpağını işğal etdiyinə görə neft və qaz kəmərləri ordan keçmədi. Dəmiryolu xətti istifadə olunmadı”.

‌Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüskarı olduğu çox əhəmiyyətli layihələrdən biridir. Bu dəhliz regionun atmosferini dəyişəcək: "Dəhlizdən istifadə edəcək hər bir ölkə bundan böyük fayda əldə edəcək. Burda itirən yeganə ölkə Ermənistan olacaq. Ermənistan elə zənn edir ki, belə etməklə Azərbaycanı pis vəziyyətdə saxlayacaqlar. Ancaq onlar unudur ki, Azərbaycan Naxçıvan bölgəsi ilə əlaqəni İran vasitəsilə həyata keçirəcək. Bununla da İran böyük mənfəət əldə edəcək. Zəngəzur dəhlizi ilə keçəcək yüklər Azərbaycandan Iran vasitəsilə Naxçıvana hərəkət edəcək. İran bu məsələdə Azərbaycanla birgə fəaliyyət göstərməyi üstün tutdu. Zəngəzur dəhlizinin açılması olduqca vacibdir. Ölkə iqtisadiyyatının inkişafı baxımından belə bir dəhlizin açılması olduqca vacibdir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar