11/11/2024 18:21
728 x 90

"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

img

1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə keçiriib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Salman Rəhimov bildirib ki, "Meşəlidə törədilən cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Ermənilərin hücumu zamanı mən iki güllə yarası almışdım."

O bildirib ki, həmin hadisə zamanı bacısı və nənəsi də yaralanıb: “Nənəm baş nahiyəsindən ağır yaralanıb. Bundan əlavə, babam da zərər çəkib”. Zərərçəkmişin sözlərinə görə, ermənilər avtomatlardan və digər atıcı silahlardan kəndi və insanları atəşə tuturdular.

Mətləb

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar