Bazar günü günü, 08 dekabr 2024
     

Selektiv aborta görə Azərbaycan dünyada 1-ci yeri tutur - çox pis...

Image

Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksəkdir. Doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ilk yerlərdəyik.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə dinləməsi zamanı bildirib ki, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir: “Ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib. Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır”.

Əvvəlki illərin statistikasına da nəzər salsaq görərik ki, abortların sayı 2018-ci ildə 36 min 141, 2019-cu ildə 37 min 308, 2020-ci ildə 34 min 719, 2021-ci ildə 46 min 877 olub. Ötən il isə 5 8 min abort qeydə alınıb.

  • Aytəkin Kamranqızı: “Cinsi tarazlığın pozulması bütün sahələrə mənfi təsirini göstərir”

Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır: “Təəssüflər olsun ki, bu, Azərbaycanın bəzi kəndlərində, o cümlədən Bakı şəhərinin kəndlərində də aktual problemlərdən biridir. Regionlarda patriarxallıqla bağlı qız uşaqlarına münasibət yaxşı deyil. Ailədə qız uşağının dünyaya gəlməsi, bəlkə də birinci uşağın dünyaya gəlməsi ilk övlad olaraq normal qarşılanırsa, ikinci və üçüncü qız uşaqlarının anadan olması ailədə arzuolunan hal olmur. Ailənin ən qəmgin, kədərli gününə çevrilir. Qız uşaqlarından imtina olunmasının qarşısının alınmasında dönüş yaratmaq lazımdır. Normativ-hüquqi aktlar yaradılsa da, icra mexanizmi yoxdursa, nəticə olmayacaq. Sərt cəza, yüksək məbləğdə cərimə və s. olsa da, heç bir rolu olmayacaq və heç bir halda özünü doğrultmayacaq”.

Ekspert onu da əlavə etdi ki, cinsi tarazlığın pozulması bütün sahələrə mənfi təsirini göstərir. Məktəblərdə, bağçalarda, universitetlərdə də artıq bu nisbət pozulması hiss edilir.

  • Pərvanə Mustafayeva: “Abortlar tam qadağan olunmamalıdır, ancaq…”

Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, hamiləlik planlaşdırılan zaman dölün cinsiyyətini öncədən təyin etmək üçün dəqiq yol yoxdur. Müəyyən təqvimlərdən istifadə olunsa da, onların heç bir tibbi əsası yoxdur. Qız övladı istəməyən ailələr də "çıxış yolu”nu abortda görürlər: "12-ci həftədən sonra dölün cinsiyyətini təyin etmək üçün ultrasəs aparatına müraciət edilir və daha sonra abortlar həyata keçirilir. Bu, qadın üçün olduqca təhlükəli məqam, risqli prosedurdur. Selektiv abortların ana üçün ilkin mənfi təsiri psixoloji stressdir. Cinsiyyətə görə aparılan abortları ailədə daha çox kişilər tələb edir. Düzdür, bəzən qadınların özlərinin də bu cür istəyi olur. Amma bu, əsasən kişilərin təsiri ilə olur. Təsəvvür edin ki, 3 ay ərzində özünü hamiləliyə hazırlamış bir qadının bu qərarı verməsi nə qədər çətindir. O, psixoloji travma yaşaya bilər. Digər tərəfdən, abort, xüsusən selektiv abortlar qadın həyatına bir çox problemlər gətirir. İlk növbədə, baş verən qanaxmalardan danışaq. O, qadının ölümünə də səbəb ola bilər. İnfeksiyalar, xüsusən çanaq orqanlarının irinli iltihabı kimi xəstəliklər gələcəkdə qadınlara ana olmaq üçün ciddi problemlər yarada bilər. Hətta daxili orqanların zədələnməsi, uşaqlığın cırılması da baş verə bilər. Belə halların nəticəsində gələcəkdə sonsuzluq yaşanması qaçılmaz olur”.

Həkim hesab edir ki, abortlar tam qadağan olunmamalıdır. Çünki bəzi hallarda abortlar göstəriş üzərinə aparılır: "Ananın həyatı üçün risq yaradan xəstəliklər və ya döldə hər hansı inkişaf qüsurları olduqda abortlar reallaşdırılır. Bunun inzibati yolla qarşısını almaq da çox çətindir. Burada həkimlərin üzərinə düşən iş qadınları, onların ailələrini maarifləndirməkdir. Qız uşaqlarına olan münasibəti dəyişməyin həlli yolu qadın hüquqlarının müdafiəsini gücləndirməkdir”.

P.Mustafayeva onu da əlavə etdi ki, hər ginekoloq körpənin cinsiyyətinin sırf qız olması səbəbilə gələn qadınları abort etmir. Çünki bu, cinayət hesab olunur: “İnanmıram ki, Azərbaycanda hər hansı həkim bunu etsin. Qanunlarımız buna çox ciddi nəzarət edir. Tanıdığım bütün mama-ginekoloqlar belə abortlardan çəkinirlər. Bəzən cütlüklər gəlir və körpənin cinsiyyəti qız olduğu üçün abort etdirmək istədiyini deyir. Özüm görmüşəm ki, həkimlər bundan çox ciddi şəkildə boyun qaçırıb. Bunu həyata keçirənlər şərəfsiz insanlardır”.

Günel CƏLİLOVA








VİDEO

İrəvan iqtisadi siyasi həyatda açar mövqeni rəsmən ABŞ-a verdi... - VİDEO

2023-ün delimitasiyada dönüş ilinə dönməsi Rusiyadan asılıdır - Bakıdan Lavrova əsas mesaj... - VİDEO

Ermənistan Laçın məsələsinə Tehranı da qatdı - İranın sülh və sərhəd pozuculuğu... - VİDEO

İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı... - Aydın QULİYEV yazır...

Prezident İlham Əliyev xalqa müraciət etdi - Azərbaycan öz suverenliyini bərpa etdi... - VİDEO

SON XƏBƏRLƏR

01.11.2023 / 15:54
ABŞ senatoru açıqladı - Ağ Ev etiraf etdi: HƏMAS 500 amerikalını əsir götürüb...

01.11.2023 / 15:07
Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...

01.11.2023 / 14:25
Nazirliyin vəzifəlisi həbs edildi....

01.11.2023 / 12:17
Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

01.11.2023 / 12:01
ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!

01.11.2023 / 11:43
TƏCİLİ: Suriyada ABŞ hərbi bazasına hücum olub!

01.11.2023 / 11:41
"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi

01.11.2023 / 11:35
"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

01.11.2023 / 11:18
Türkiyəli aktyor 15 milyona torpaq sahəsi aldı

01.11.2023 / 11:02
Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək

01.11.2023 / 11:01
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

01.11.2023 / 10:56
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul etdi

01.11.2023 / 10:51
HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...

01.11.2023 / 10:45
Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

01.11.2023 / 10:22
Ermənistan hökuməti amerikalı reperə 6 milyon dollar ödədi

01.11.2023 / 10:15
Bu ingilis müğənni psixi pozğunluqdan əziyyət çəkir

01.11.2023 / 10:04
TÜRKSOY- un dövlət teatr rəhbərləri Bəyanat imzaladılar.. .

01.11.2023 / 10:03
"Azərpoçt"a müvəqqəti sədr əvəzi təyin olunub

01.11.2023 / 10:01
XƏBƏRDARLIQ: Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

01.11.2023 / 09:54
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi olacaq

01.11.2023 / 09:25
Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...

01.11.2023 / 09:25
TÜRKSOY- un 1- ci Teatr Festivalı Şuşadan start götürdü....

01.11.2023 / 09:21
İsrsil diplomatı Hitlerin ulduzunu döşünə taxdı...

01.11.2023 / 09:11
FİFA DÇ-2034 üçün ev sahibi ölkəni açıqladı

01.11.2023 / 09:02
Misir Qəzza zolağı ilə sərhəddə tanklar yerləşdirdi

01.11.2023 / 08:51
İstanbulda polisimizə böhtan atdı və ifşa olundu- 500 min ?

01.11.2023 / 08:42
Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"

01.11.2023 / 08:41
Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..

01.11.2023 / 08:37
Messi bu futbolçuları “Qızıl top"a əsas namizəd kimi göstərdi

01.11.2023 / 01:07
Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik

31.10.2023 / 22:54
Qarabağdakı sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir...

31.10.2023 / 20:37
ABŞ-la İran üz-üzə dayandılar...

31.10.2023 / 20:16
Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..

31.10.2023 / 20:00
Kamala Harris Amerikanın Qəzza siyasətini dəyişir? - “Fələstinlilərin də hüququ var”...

31.10.2023 / 19:43
Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

31.10.2023 / 19:34
15 min manat rüşvət alan mərkəz direktoru həbs edildi

31.10.2023 / 19:25
Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...

31.10.2023 / 19:11
Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

31.10.2023 / 18:55
ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

31.10.2023 / 18:39
Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

31.10.2023 / 18:35
YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

31.10.2023 / 18:23
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

31.10.2023 / 18:10
ABŞ da Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulur - Kanadadan sonra 2-ci...

31.10.2023 / 17:55
Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

31.10.2023 / 17:41
Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

31.10.2023 / 17:38
Yəmən İsrailə müharibə elan etdi...

31.10.2023 / 17:28
Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

31.10.2023 / 17:22
Netanyahunun vəziyyəti ağırlaşır...

31.10.2023 / 17:20
“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

31.10.2023 / 17:14
Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

31.10.2023 / 17:00
Paşinyan Ukrayna ilə dialoqu genişləndirir - Rusiyaya yeni sürpriz...

31.10.2023 / 16:47
Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..

31.10.2023 / 16:41
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir...

31.10.2023 / 16:39
Prokurorluq işçilərinin say həddində dəyişikliklər edildi

31.10.2023 / 16:35
2023-cü il üzrə Ümumdünya Məskunlaşma Günü Bakıda keçiriləcək

31.10.2023 / 16:34
Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq - Qanuna dəyişiklik edildi

31.10.2023 / 16:23
Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

31.10.2023 / 16:16
Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təhvil verdi

31.10.2023 / 16:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

31.10.2023 / 15:48
“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov

31.10.2023 / 15:30
Sumqayıtda 2 nəfəri öldürən şəxs evi yandırmaq istəyib - Baş Prokurorluq və DİN yeni məlumat yaydı

31.10.2023 / 15:27
Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

31.10.2023 / 15:23
TDT-yə üzv ölkələrin liderləri Astanada toplaşır - müzakirə ediləcək məsələlər açıqlandı...

31.10.2023 / 15:10
Rəsmən təsdiqləndi - Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu başqa yerə köçürür...

31.10.2023 / 14:44
Sosial yardımlar nə qədər artacaq? - Deputat açıqladı

31.10.2023 / 14:28
Rusiyalı milyarder Fransada saxlandı

31.10.2023 / 14:05
Əli Nağıyev Buriçlə ermənilərdən danışdı....

31.10.2023 / 13:53
Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa edildi

31.10.2023 / 13:51
Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...

31.10.2023 / 13:45
İtaliyalı admiral Azərbaycanda - Baş Qərargahda təntənəli qarşılama mərasimi keçirildi - FOTO/VİDEO

31.10.2023 / 13:31
ABŞ-ın İraqdakı hərbi bazasına hücumlar intensivləşir...

31.10.2023 / 13:18
DTX rəisi AŞ-nin baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırdı

31.10.2023 / 13:12
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşuldu

31.10.2023 / 13:03
Кто хочет столкнуть мусульман и евреев? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2023 / 12:45
Akademik: "Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir"

31.10.2023 / 12:33
"Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır" - Əziz Ələkbərov

31.10.2023 / 12:09
Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb - Milli Məclisdə açıqlandı

31.10.2023 / 12:02
İsraildən açıqlama: terror aktı planlaşdıran 3 nəfər saxlanılıb

31.10.2023 / 11:53
Xəstəxanalarda “Randevu” sistemi olacaq

31.10.2023 / 11:34
Mətbuat Şurası jurnalist gödəkçəsi paylamadığını bəyan etdi

31.10.2023 / 11:21
“Bakıda ucuzluqdur” - Kot-d'İvuarlı futbolçu

BAKI-XƏBƏR QƏZETİ PDF ARXİV

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031