Ermənistan hökuməti amerikalı reper Snup Doqqun sentyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan konsertinin təşkilatçılarına 6 milyon dollar ödəniş edib. Bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb. Sentyabrın 21-də Snup Doqqun Ermənistanda keçiriləcək konsertinin təşkilatçısı olan "Dopping Space" şirkəti konsertin başqa tarixə keçiriləcəyini, yeni tarix barədə əvvəlcədən sosial şəbəkədə məlumat veriləcəyini bildirmişdi.
"Ermənistan hökumətinin qərarı ilə amerikalı reper Snup Doqqun sentyabrın 23-nə planlaşdırılan, lakin təxirə salınan konsertinin keçirilməsi üçün xəzinəyə 2,318 milyard dram (təxminən 6 milyon dollar) dəyərində müqavilə daxil olub. Bu məbləğ avqustun 25-də tam ödənilib" deyə, nazirlikdən bildirilib.
Mətləb