Bazar günü günü, 09 fevral 2025
     

Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

Image

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmadan inkişaf edə, təhlükəsizliyini tam şəkildə təmin edə bilməz. Artıq bu xüsusda Ermənistanda da rəsmi səviyyədə etiraflar artır.

Burada belə bir fikir hakim olmağa başlayır ki, Qarabağ məsələsinin həllindən sonra, Azərbaycanın dediyi kimi, sülh üçün daha yaxşı şans yaranıb. Bunun əldən verilməsi Ermənistana yeni problemlərdən başqa heç nə vəd etmir.

Qeyd edilənlər fonunda Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması beynəlxalq faktdır, hüquqi faktdır: “Və heç bir normal dövlət bunun əksini deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və onlar qorunub saxlanılır. Niyə 44 günlük müharibədən sonra Ermənistan sülhə doğru getdiyini, ölkəmizdə sülhə hər şeydən çox ehtiyac olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslarımız, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi. Siz necə təsəvvür edirdiniz, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan edir, Azərbaycan ərazilərinin bizim olduğunu deyir və onları ələ keçirmək istəyir? Bu, birbaşa müharibənin başlanğıcı olardı, bir neçə günə müharibə başlayacaqdı. De-yure bütün dünya tanıyır ki, Qarabağ Azərbaycanın ərazisidir. Bura Azərbaycan ərazisidir. Qarabağ ermənilərinin müqəddəratını kim tanıdı? Heç kim tanımadı. Bu gün bu geosiyasi şəraitdə bu ordu ilə, 3 milyonluq xalqımızla bu bölgədə müharibəyə başlaya və qalib gələ biləcəyimizi düşünən varmı? Həm bu gün Ermənistanın üzləşdiyi problemlər, həm də bizi təhdid edən qüvvə tamamilə müqayisəolunmazdır, xüsusən də müttəfiqlərimizin yalnız kağız üzərində müttəfiq olduğu ortaya çıxanda”. O bildirib ki, belə vəziyyətdə “Qarabağ hökuməti”ni Ermənistan ərazisində bərpa etmək istəyənlərin cəhdləri əbəsdir, düşmənçilik aktıdır: “Qarabağ hökuməti” yalnız Qarabağda ola bilər, “başqa ərazi qurumunun hökuməti” başqa heç bir ölkədə fəaliyyət göstərə bilməz. “Sürgün hökuməti” və sair, belə bir şey olmayıb, belə bir şey əsrin əvvəllərində çar Rusiyasının hər bir Avropa ölkəsində çarı olanda olub”. Xaçatryan qeyd edib ki, bu gün Ermənistanda Qarabağdan gələn 100 min nəfər məskunlaşıb və onlar öz sosial və təhlükəsizlik hüquqlarını təmin etmək üçün hər şeyi edəcəklər: “Zamanla vətəndaşlıq məsələsi də həllini tapacaq”.  “Qarabağ səhifəsini bağlamısınızmı” sualına erməni deputat belə cavab verib: “Xeyr. Biz hər şeyi edəcəyik ki, Qarabağ sakinlərinin mülkiyyət hüquqları qorunsun. Ermənilər orada külli miqdarda mülk və təsərrüfat qoyub gəliblər, onların mülk və təsərrüfat hüququ var. Onların öz yaşadıqları yerə qayıtmaq hüququ var. Bu istiqamətdə beynəlxalq arenalarda proseslər aparılacaq”. 

Qeyd edək ki, Azərbaycan da Qarabağı tərk edən ermənilərin qayıdış hüququnun olduğunu bildirir. Xaçatryan isə onu da vurğulayıb ki, “qartopu getdikcə böyüyəcək”, Azərbaycanın iştirakı ilə sülh müqaviləsi bağlanacaq: “Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesində xeyli irəliləyiş var. Ən pisi odur ki, danışıqlar ümumiyyətlə baş tutmur. Bu gün danışıqlar prosesində xeyli irəliləyiş var, Azərbaycan bir sıra prinsiplərlə razılaşır. Əvvəllər belə razılaşmalar yox idi. Artıq böyük addım atılıb. Fikrimcə, bu qartopu getdikcə böyüyəcək və sülh müqaviləsi Azərbaycanın iştirakı ilə bağlanacaq”.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, Azərbaycan ilə sülh sazişi imzalamaq və Türkiyə ilə münasibətlərin normallaşdırılması hökümətinin planları arasındadır. Paşinyan Ermənistan parlamentində 2024-cü ilin büdcə planının müzakirəsi zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üçün üç əsas prinsip üzrə razılıq əldə olunduğunu bildirib: “Onlardan birincisi tərəflərin bir-birinin ərazi bütövlüyü qarşılıqlı olaraq tanımasıdır: Bakı Ermənistanın ərazisini 29,8 min kvadratkilometr, İrəvan isə Azərbaycanın ərazisini 86,6 min  kvadratkilometr olaraq tanıyır. Rəqəmlər 1977-ci il Sovet ensklopediyasından götürülüb”. Paşinyan qeyd edib ki, razılaşdırılan ikinci prinsipə əsasən, tərəflər Alma–Ata Bəyannaməsi əsasında delimitasya həyata keçirmək barədə razılığa gəliblər. O, üçüncü prinsipin regional kommunikasyaların keçdiyi ölkələrin suverenliyi və səlahiyyətləri altında, bərabərlik və qarşılıqlılıq əsasında açılması olduğunu qeyd edib. Paşinyan Türkiyə ilə sərhədin üçüncü ölkələrin vətəndaşlarına və diplomatik pasport sahiblərinə açılması ilə bağlı razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib: “Biz Cənubi Qafqaz regionunda yerləşirik, bizim dörd qonşumuz var və bizim qarşılaşa biləcəyimiz əsas təhlükələr və fürsətlər onlarla olan münasibətlərimizə bağlıdır”. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan sülh gündəminə sadiqdir: “Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir”. O qeyd edib ki, hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı təklifi rəsmi Bakı 2021-ci ilin fevral ayında Ermənistan tərəfinə göndərib: “Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib”. Nazir müavini bildirib ki, ancaq 2022-ci ilin avqust ayında Brüssel görüşündən sonra rəsmi İrəvan Azərbaycan ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması ilə bağlı qərar verib. Elnur Məmmədov qeyd edib ki, Azərbaycan sülh sazişi imzalanmasında qərarlıdır və Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra bunun daha asan olması gözlənilir: “Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bugünə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.

Samirə SƏFƏROVA



VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

ABŞ-ın tarixində kütləvi deport faktları hələ olmayıb - azərbaycanlılar ilklərdən olacaq...

Üç dövlətin Ankara bəyannaməsi - Azərbaycan-İsrail münasibətləri necə davam edəcək...

Üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan komissiyası buraxılacaq - işləməyən komissiya kimə lazımdır...

SON XƏBƏRLƏR

31.01.2025 / 22:00
Rusiya Baydenin Putinə sui-qəsd planı ilə bağlı ABŞ Konqresinə çağırış etdi... - araşdırılsın...

31.01.2025 / 17:00
ABŞ ordusu Suriyadakı bazalarını boşaltmağa başladı - PKK/YPG terrorçularına ağır zərbə...

31.01.2025 / 17:00
Rusiyada Fin körfəzinin adının dəyişdirilməsi təklif edildi - “St.Peterburq körfəzi"...

31.01.2025 / 17:00
Avropada Rusiyadan qaz nəqlinin bərpası müzakirələri başladı – iki ölkə Ukraynayönlülərlə üz-üzə gəldi...

31.01.2025 / 10:30
Futzal millimiz bu gün Xorvatiya ilə qarşılaşacaq

31.01.2025 / 10:24
Hazırda Qarabağ və Şərqi Zəngəzurda 6 su elektrik stansiyası tikilir

31.01.2025 / 10:20
Moskvada inzibati bina yanıb

31.01.2025 / 10:13
"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

31.01.2025 / 10:10
Siqaret kötükləri ölümünə səbəb oldu...

31.01.2025 / 10:05
"Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir"- Xİn rəsmisi

31.01.2025 / 10:00
Anasının maşınını ağaca çırpdı, özü də öldü - Ağcabədidə dəhşətli yol qəzası ...

31.01.2025 / 09:30
Almaniya Prezidenti gələn həftə Türkiyə yolçusudur

31.01.2025 / 09:23
Heç ali təhsillilər iş tapa bilir ki, peşə təhsillilər də tapsın?! - Agentlik nə etmək istəyir...

31.01.2025 / 09:20
Səbinə Əliyeva “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb

31.01.2025 / 09:15
40 yaşlı Hollivud ulduzu özündən kiçik basketbolçu ilə eşq yaşayır

31.01.2025 / 09:05
İsveçdən Ukraynaya fantastik hərbi yardım paketi açıqlandı

31.01.2025 / 09:00
İsmayıllıda zəlzələ olub

31.01.2025 / 08:35
“Coca-Cola”da həddən çox xlorat tapıldı - Avropa ölkələrində təcili qərar verildi...

31.01.2025 / 00:59
Fransa ordusu Çaddan qovuldu – sonuncu hərbi bazadan da çıxarıldılar...

30.01.2025 / 22:10
Azərbaycanda məktəb avtobusları olacaq...

30.01.2025 / 21:52
Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobus istehsal ediləcək

30.01.2025 / 21:31
İki il ərzində 1000-dək elektrik mühərrikli avtobus alınacaq...

30.01.2025 / 21:26
Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə keçəcək

30.01.2025 / 21:20
ABŞ-ın tarixində kütləvi deport faktları hələ olmayıb - azərbaycanlılar ilklərdən olacaq...

30.01.2025 / 21:07
Əsəd canını Suriya üsyançılarından qurtara bilməyəcək - tələb qəti qoyuldu...

30.01.2025 / 20:53
Aİ-nin missiyası 2027-dək Ermənistanda qalacaq - demək sülh olmayacaq...

30.01.2025 / 20:38
Mərkəzi Asiya ölkələri Rusiya və Belarusu yox, Azərbaycanı seçdilər...

30.01.2025 / 20:24
Ermənistan Naxçıvanla sərhəddə Qərb hərbçilərini yerləşdirir...

30.01.2025 / 20:10
Simonyan qapalı görüşdə Putin barədə dediklərinin altından çıxa bilmir...

30.01.2025 / 19:57
Türk dünyasının "ortasında dəhliz" - dünya kəskin şəkildə dəyişir...

30.01.2025 / 19:50
XİN-dən Makronun nazirinə tutarlı cavab - "Kaledoniyanın yerli əhalisinə qarşı repressiyalara son qoymaq əvəzinə..."

30.01.2025 / 19:44
Prezident Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair sərəncam imzaladı

30.01.2025 / 19:37
Bələdiyyə seçkisinə cəmiyyətin maraq dinamikası - 1999-cu ildən bu yana...

30.01.2025 / 19:27
Prezident İlham Əliyev bəzi qanunlarda dəyişiklik edilməsi ilə bağlı Qanun imzaladı

30.01.2025 / 19:23
Gürcüstandan yeni seçki tələb edildi, ölkə AŞPA-dan çıxarıldı, 1 aprelədək vaxt verildi...

30.01.2025 / 19:10
Avrasiyanın əvəzsiz nəqliyyat mərkəzi - rəqəmsallaşmadan sonra Azərbaycana çatan olmayacaq...

30.01.2025 / 18:56
Yəhudiyə, xristiana, müsəlmana büdcədən pul ayıran tək ölkə...

30.01.2025 / 18:42
Fəaliyyəti örnək olan Sürəyya Əlverdiyeva...

30.01.2025 / 18:34
Üç dövlətin Ankara bəyannaməsi - Azərbaycan-İsrail münasibətləri necə davam edəcək...

30.01.2025 / 18:20
29 milyon manat tək Nehrəm qəsəbəsinə? - Bəs 11 mindən çox əhalisi olan Cəhri qəsəbəsi?..

30.01.2025 / 18:04
"Bu dərman deyil, qida əlavəsidir" - dərman deyilsə aptekdə niyə satılır?

30.01.2025 / 17:51
Bakı-Tiflis-Qarsa “erməni qəsdi” - plan baş tutmadı...

30.01.2025 / 17:38
Üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan komissiyası buraxılacaq - işləməyən komissiya kimə lazımdır...

30.01.2025 / 17:25
30 min taksi Bakının tələbini necə ödəyir - 67 min hara, 30 min hara…

30.01.2025 / 17:18
Bakıda quldurluq və oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

30.01.2025 / 17:08
Qərbi azərbaycanlıların BMT-də rəsmi sənəd yayması nə deməkdir?...

30.01.2025 / 16:55
Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq planı - Türkiyə qarşısında İsrail şərti qoyuldu…

30.01.2025 / 16:43
Əli Əsədov Qazaxıstana səfər edib

30.01.2025 / 16:31
Azərbaycan və Bəhreyn arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

30.01.2025 / 16:15
Gənclərin mənzillə təminatı məsələsinə yenidən baxılması təklif edildi

30.01.2025 / 15:57
ABŞ-dakı təyyarə qəzasında ölənlərin sayı artır - çaydan 30 meyit çıxarıldı...

30.01.2025 / 15:45
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq - deputat açıqladı...

30.01.2025 / 15:41
Paşinyan vaxt uzatmaqla məşğuldur...

30.01.2025 / 15:19
Keniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

30.01.2025 / 15:14
Polis Siyəzəndə əməliyyat keçirdi, saxlanılan var

30.01.2025 / 14:30
"İlkin səhiyyə xidmətində kadr ehtiyatı sahəsində 40 faiz say çatışmazlığı var" - İsa Əliyev

30.01.2025 / 14:13
"Ambulator müalicə alan xəstələr üçün dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq" - Əhliman Əmiraslanov

30.01.2025 / 14:06
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

30.01.2025 / 13:43
SOCAR Qazaxıstan xam neftinin BTC ilə tranzitinə başlayır...

30.01.2025 / 13:28
Azərbaycan XİN təyyarə qəzası ilə bağlı ABŞ-a başsağlığı verdi

30.01.2025 / 13:17
Bələdiyyə seçkilərinin nəticələrinə əsasən lider namizədlər açıqlandı

30.01.2025 / 13:10
Азербайджан хорошо знает Примакова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.01.2025 / 12:52
Avroittifaq Ermənistanı bilərəkdən Rusiyaya qurban edir...

30.01.2025 / 12:33
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi Neft Fondundan maliyyələşə bilər?..

30.01.2025 / 12:15
Bakının mövqeyi dəyişmədi - “Naxçıvana birbaşa maneəsiz yol”, İrəvan hələ nala-mıxa vurur...

30.01.2025 / 12:00
Gəncədə bu şadlıq sarayında mənşəyi bilinməyən məhsullar aşkarlandı

30.01.2025 / 11:51
Azad edilmiş rayonlarda bu göstərici 3400 kilometrdən də artıq olacaq...

30.01.2025 / 11:36
AŞPA Azərbaycandan sonra Gürcüstanı da itirir...

30.01.2025 / 11:30
Müdafiə Nazirliyinin keçmiş vəzifəliləri ev dustaqlığına buraxılıb

30.01.2025 / 11:20
Tramp həm də qazanır - bu şirkət ona 25 milyon dollar ödəyəcək!

30.01.2025 / 11:18
Son 15 ilin nəqliyyat layihələrinin səmərəsi gündəmə gətirildi...

30.01.2025 / 11:10
İki universitetimiz TOP 500-də yer alıb

30.01.2025 / 11:05
Türkiyədə antiterror əməliyyatı keçirilib - 12 sığınacaq məhv edilib

30.01.2025 / 11:03
Avropanın Azərbaycana qarşı yeni təxribatı - CANLI

30.01.2025 / 11:00
Biləcəridə silah-sursat tapılıb

30.01.2025 / 10:48
Əliyev dedi, Paşinyan etiraf etdi - “2 qəpiklik” layihədən niyə imtina olunmur?...

30.01.2025 / 10:33
Bakının yeni nəqliyyat Dövlət proqramı - anons verildi...

30.01.2025 / 10:30
Sumqayıtda əməliyyat - keçmiş məhkumdan 14 kiloqram narkotika götürüldü

30.01.2025 / 10:20
Bu axşam Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq

30.01.2025 / 10:15
Ararat Mirzoyan Maka Boçorişvili ilə görüşüb

30.01.2025 / 10:10
Tramp dayanmır- miqrantlar üçün “Quantanamo”da mərkəz yaradır...

XƏBƏR ARXİVİ