20/05/2024 11:06
728 x 90

Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

img

BMT Təhlükəsizlik Şurasına alternativ təşkilat yaradılması üçün beynəlxalq konsensus lazımdır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov BMT Təhlükəsizlik Şurasına alternativ təşkilat yaradılması ilə bağlı Türkiyənin təklifi barədə jurnalistlərin sualına cavabında belə deyib. Onun sözlərinə görə, BMT sistemi dünya gündəminin ən mühüm məsələlərinin nizamlanmasında olduqca səmərəsiz fəaliyyətinə baxmayaraq, hələ də yeganə alternativsiz beynəlxalq təşkilat olaraq qalır.

Peskov BMT Təhlükəsizlik Şurasına alternativ təşkilat yaradılması üçün beynəlxalq konsensusun vacibliyini vurğulayaraq deyib ki, kəskin fikir ayrılıqları və konseptual dəyişikliklər baş verən indiki dövrdə bunun mümkün olub-olmadığını zaman göstərər.

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar