BMT qərarını açıqladı: Liviyadakı missiyanın mandatı bir il uzadıldı
BMT Təhlükəsizlik Şurası bazar ertəsi Liviyadakı qlobal dəstək missiyasının (UNSMIL) mandatının bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının 15 ölkəsinin hamısı Böyük Britaniya tərəfindən hazırlanmış müvafiq sənədə səs verib. Onun mətninə əsasən, missiyanın səlahiyyətləri 2024-cü il oktyabrın 31-dək uzadılıb.
Qətnamədə həmçinin Liviyanın siyasi institutları seçkilərin keçirilməsinə mane olan bütün məsələləri mümkün qədər tez həll etməyə çağırılır. Bundan əlavə, yerli hakimiyyət orqanları sentyabr ayında ölkənin şimal-şərq rayonlarına təsir edən daşqınların qurbanlarına humanitar yardımların maneəsiz çıxışını təmin etməlidir.
Mətləb