20/05/2024 08:38
728 x 90

Fransa və Kanada səfirliklərinin qeyrətləri varsa, bu arqumentləri inkar etsinlər... Gözləyirəm... - Aydın Quliyev

img

Kanadanın Xarici işlər naziri bu günlərdə İrəvana gəldi və Azərbaycanla sərhədlərə baş çəkdi, binoklla xüsusi əda ilə bizim ərazilərimizə baxdı, bəyanat verdi ki, guya Azərbaycan məlum ərazilərdə erməni milli-dini abidələrini qorumalıdır, guya bu irs üçün Azərbaycan tərəfdən təhlükə var imiş, hətta dedi ki  Avropa İttifaqının Ermənistandakı missiyası bölgədə təhlükəsizliyin və sabitliyin təminatçısıdır. Bu sonuncu fikrin qeyri-ciddi olduğunu siyasətlə hətta ötəri məşğul olan hər kəs bilir...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Ancaq maraqlıdır ki, Kanada niyə bu qədər ermənipərəstdir və niyə bu qədər antiazərbaycançılıq göstərir? Səbəbsiz deyil... Kanada keçmiş Britaniya müstəmləkəsi olub, məntiqlə onun bu günkü siyasəti daha çox Britaniya siyasətinə uyğun olmalıdır, nəinki Fransa siyasətinə.... Ancaq Kanada ermənipərəstliyin "ləzzətini çıxarmaqda gül vurur". Niyə?...

Məsələ burasındadır ki, Kanadada fransızların kompakt yaşadığı Kvebek adında əyalət var və zaman-zaman Kanadadan ayrılıb müstəqil olmaq uğrunda mübarizə aparıb. Maraqlıdır ki, SSRİ dağılandan sonra Kvebekdə etnik separatizm bir az səngidi, daha doğrusu Fransa burada separatizmə dəstəyi müvəqqəti dayandırdı... Əvəzində isə Kanada bir sıra məsələlərdə öz xarici siyasətini Fransa prezidentlərinin istədiyi kimi qurmalı oldu... Məsələn, Kanadanın baş naziri Castin Tryuda Ottavada sikx liderinin qətlində Hindistanı ittiham etdi, fərqinə varmadı ki, Hindistan Ermənistanın fəal hərbi sponsorlarından birinə çevrilib. Bu pozisiyada Kanada Rusiyanın müttəfiqi olan Hindistanın əleyhinə getməyi daha böyük hədəf hesab etdi... Çünki ona bu sifariş Fransadan gəlib.

Bəs Kanadanın Ermənistana verdiyi dəstəyin Fransaya nə dəxli var? Birbaşa dəxli var...

Fransa Kanadanı fransızdilli Kvebek əyalətində separatizmə dəstək vermək hədəsi ilə şantaj edir. Bu səbəbdən Kanada Fransanın əlində oyuncaq dövlətə çevrilir və Kvebekdə fransız separatizmi qızışmasın deyərək onun "çaldığı havaya oynayır"...

Ermənipərəst və vicdansız siyasətdə Kanada ilə Fransanı birləşdirən səbəb tək bu deyil. Başqa bir səbəb də var. Həm Fransanın, həm də Kanadanın tarixində müstəmləkə dövrlərinə gedib çıxan oxşar cinayət məsuliyyətləri var. Kanada 18-19-cu əsrlərdə yerli hinduları vicdansızcasına qırmaqda məsuldur. Məşhur hindu sərkərdəsi Pontiakı öz xalqının qatilinə çevirən kanadalılar deyildimi? Bu gün həmin Pontiakın adına ABŞ-da avtomobil buraxırlar. Fransa isə milyonlarla əlcəzairlini, haitilini, Polineziya və Kakedoniya sakinini genosid etmək cinayətinə sahibdir...

Beləliklə, Kvebek separatizmi və oxşar müstəmləkə cinayətləri Fransanı və Kanadanı eyni dərəcədə  ermənipərəst və anti-Azərbaycan siyasəti aparmağa yönəldir...

Fransa və Kanada səfirliklərinin təpəri və qeyrətləri varsa, bu arqumentləri inkar etsinlər...

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar