Bazar günü günü, 08 dekabr 2024
     

ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

Image

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistanın cənubuna səfər edib və Azərbaycana işarə edərək təxribatçı fikirlər səsləndirib:

“Prezident Bayden Ermənistanın baş nazirinə ünvanladığı son məktubunda ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və demokratiyasına tam dəstəyini bir daha təsdiqləyib. İlk növbədə, bu öhdəlik xüsusilə regional münaqişə və xarici təcavüzün təsirinə məruz qalmış Sünik bölgəsinə aiddir və Sünik bu yaxınlarda Dağlıq Qarabağdan didərgin düşmüş 100 mindən çox etnik ermənini qəbul edib. Lakin bu çətinliklərə və çağırışlara baxmayaraq, Ermənistanın və Sünik bölgəsinin qanunun aliliyinin möhkəmləndirilməsinə sadiqliyi dəyişməz olaraq qalır. Məhz bu öhdəliyə görə Ermənistan Cənubi Qafqazda demokratiyanın çırağı olaraq qalır”.

Hansı xarici təcavüzdən söhbət gedə bilər? Səfir həm də elə fon yaradır ki, guya Azərbaycan Zəngəzura hücum edəcək.

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal etdi, 30 il işğalda saxladı: “Bu zamanlar ərzində də Amerika, Fransa, Almaniya heç biri səsini çəxarıb hər hansı bəyanatlarda çıxış etmədilər. Baxmayaraq ki, BMT - nin 4 məlum qətnaməsi vardı. Bu qətnamələr də icra olunmamış qaldı. Nəhayət, başda Müzəffər Ali Baş Komandan olmaqla, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi. Keçən ilin sentyabrında bizə daim təhdidlər göndərən,  bizə təxribat törədilən yüksəklikləri aldıq. Ondan sonra car çəkdilər ki, 400 kv km onların yüksəkliklərini götürmüşük, guya onların ərazilərini işğal etmişik. İlk olaraq, həmin ərazilər Azərbaycan əraziləridir və sərhədlərin delimitasiya, demarkasiyası olmadığına görə bu məsələni belə səsləndirmək  yersizdi. Biz verdiyimiz sözə daim əməl etmişik. Bunu beynəlxalq ekspertlər də bilir. Biz Ermənistandan 2020 - ci il noyabrın 10 - da imzalanmış üçtərəfli bəyanatın 9 - cu maddəsinin yerinə yetirilməsini istəyirik, bunu da ermənilər etmirlər. Biz də bu məsələni İranla danışıb həll etmişik. Bu yaxınlarda həmin yolun tikilməsi, körpünün salınması üçün Azərbaycan öz büdcəsindən ora maliyyə də ayırdı. Biz heç kimi təhdid etmirik. Həmin məsələdən sonra Ermənistanın baş naziri həmin yolların açılmasını,  parlament iclasında  3 əsas məsələ ilə sülh müqaviləsinin bağlanmasını irəli sürdü. Əsas da kommunikasiyaların açılması məsələsi irəli sürüldü. Bütün bunlarla bağlı xüsusi bölüm də yaradıb. Yəni artıq cəhd göstərir ki, beynəlxalq kommunikasiya Ermənistan ərazisindən keçsin. Ancaq bunun üçün gecdir. Paşinyan başa düşür ki, dəfələrlə onlar beynəlxalq kommunikasiyalardan geridə qalıblar. Biz dəfələrlə onları başa saldıq ki, bu ən çox Ermənistanın özünə xeyirdi. Ancaq bunu başa düşmədilər. Yenə də bu məsələyə qayıda bilərik. Ancaq hər şey Ermənistandan asılıdır. Amerikanın Ermənistanda olan səfirinin dediyinə görə, bunlar köhnə məsələlərdir. Prezident Bayden dəfələrlə Azərbaycanın bütövlüyünü, süverenliyini dəstəklədiyini vurğulayıb, Azərbaycanla əməkdaşlığın artırılmasını istədiyini bildirib. Bütün bunlar hələ ki,  sözdən ibarətdir. Azərbaycanın əsas məqsədi torpaqlarını erməni silahlı dəstələrindən təmizləmək, ərazilərimizin süverenliyini bərpa etmək idi. Biz də bunu etdik. Bu gün Azərbaycan öz ərazilərində  quruculuq işləri aparır. Öz işi ilə məşğuldu. Ancaq  Amerika Ermənistanın Cənubi Qafqazda demokratiya çırağı olacağını düşünürsə, qoy olsun. Son dövrlər orda Avropa İttifaqının müşahidəçilərinin də sayını artırmaq istəyirlər. 400 nəfərə çatdırmağa çalışırlar. Bu onların anlamında guya demokratiyadır. Əslində isə onların  demokratiyasının əsas qayəsi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarmaq və sərhədlərin qorunmasını rusların əlindən almaqdır. Bunlar isə yaxın zamanlarda gözlənilən məsələ deyil. Reallığı nəzərə almaq lazımdır. Lavrovun son bəyanatında Rusiyada olan ermənilərdən yüz min nəfərinin Ermənistana göndərilməsi o deməkdir ki, biz hər an bu varianta əl ata bilərik. Bu da o deməkdir ki, yüz min erməni orada mitinq edib Paşinyanı devirəcək. Bununla da Paşinyanın Ermənistandakı demokratiya çırağını söndürəcəklər. İnsallah, ümid edirəm ki, belə də olacaq. Ancaq biz onların daxili işlərinə qarışmırıq. Biz öz işimizlə məşğuluq”.

Məhəmmədəli QƏRİBLİ








VİDEO

İrəvan iqtisadi siyasi həyatda açar mövqeni rəsmən ABŞ-a verdi... - VİDEO

2023-ün delimitasiyada dönüş ilinə dönməsi Rusiyadan asılıdır - Bakıdan Lavrova əsas mesaj... - VİDEO

Ermənistan Laçın məsələsinə Tehranı da qatdı - İranın sülh və sərhəd pozuculuğu... - VİDEO

İlham Əliyevin Qranada səfərindən imtinası şəraitə tam adekvatdır... Nə qədər ki, Fransa açıq ermənipərəstlikdən çəkilməyib...

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı... - Aydın QULİYEV yazır...

Prezident İlham Əliyev xalqa müraciət etdi - Azərbaycan öz suverenliyini bərpa etdi... - VİDEO

SON XƏBƏRLƏR

01.11.2023 / 15:54
ABŞ senatoru açıqladı - Ağ Ev etiraf etdi: HƏMAS 500 amerikalını əsir götürüb...

01.11.2023 / 15:07
Kadırov güc strukturlarına iğtişaşçıları güllələməyi əmr etdi - alnından atəş açın...

01.11.2023 / 14:25
Nazirliyin vəzifəlisi həbs edildi....

01.11.2023 / 12:17
Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

01.11.2023 / 12:01
ŞOK: Bakıda kişi qonşu qadını yumruqla vurub öldürdü!

01.11.2023 / 11:43
TƏCİLİ: Suriyada ABŞ hərbi bazasına hücum olub!

01.11.2023 / 11:41
"Ermənilər təslim olanları da qətlə yetirirdilər" - Meşəli soyqırımının şahidi

01.11.2023 / 11:35
"O cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi"

01.11.2023 / 11:18
Türkiyəli aktyor 15 milyona torpaq sahəsi aldı

01.11.2023 / 11:02
Milli Məclis sabah dövlət büdcəsini müzakirə edəcək

01.11.2023 / 11:01
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

01.11.2023 / 10:56
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul etdi

01.11.2023 / 10:51
HƏMAS ABŞ daxilində hücumlar həyata keçirə bilər - FTB-dən xəbərdarlıq...

01.11.2023 / 10:45
Prezident İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

01.11.2023 / 10:22
Ermənistan hökuməti amerikalı reperə 6 milyon dollar ödədi

01.11.2023 / 10:15
Bu ingilis müğənni psixi pozğunluqdan əziyyət çəkir

01.11.2023 / 10:04
TÜRKSOY- un dövlət teatr rəhbərləri Bəyanat imzaladılar.. .

01.11.2023 / 10:03
"Azərpoçt"a müvəqqəti sədr əvəzi təyin olunub

01.11.2023 / 10:01
XƏBƏRDARLIQ: Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

01.11.2023 / 09:54
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi olacaq

01.11.2023 / 09:25
Hələ də nağdsız satışdan yayınan ticarət nöqtələri var...

01.11.2023 / 09:25
TÜRKSOY- un 1- ci Teatr Festivalı Şuşadan start götürdü....

01.11.2023 / 09:21
İsrsil diplomatı Hitlerin ulduzunu döşünə taxdı...

01.11.2023 / 09:11
FİFA DÇ-2034 üçün ev sahibi ölkəni açıqladı

01.11.2023 / 09:02
Misir Qəzza zolağı ilə sərhəddə tanklar yerləşdirdi

01.11.2023 / 08:51
İstanbulda polisimizə böhtan atdı və ifşa olundu- 500 min ?

01.11.2023 / 08:42
Rusiyaya qarşı 5,3 milyard dollarlıq sanksiya "hədiyyəsi"

01.11.2023 / 08:41
Bakıda binaların həyətlərinə girişin məhdudlaşdırılması qanunidirmi?..

01.11.2023 / 08:37
Messi bu futbolçuları “Qızıl top"a əsas namizəd kimi göstərdi

01.11.2023 / 01:07
Misir İsrailin təzyiqinə boyun əyməyəcəyini bəyan etdi - fələstinli qaçqınları qəbul etməyəcəyik

31.10.2023 / 22:54
Qarabağdakı sülhməramlıların hərbi texnikası Rusiyaya göndərilir...

31.10.2023 / 20:37
ABŞ-la İran üz-üzə dayandılar...

31.10.2023 / 20:16
Kənar Qərb güclərinin Qafqaza soxulmasının günahkarı tək Ermənistanmı? - Bəs Rusiya?..

31.10.2023 / 20:00
Kamala Harris Amerikanın Qəzza siyasətini dəyişir? - “Fələstinlilərin də hüququ var”...

31.10.2023 / 19:43
Saziş fürsəti gəldi - ermənilər əla başa düşür ki...

31.10.2023 / 19:34
15 min manat rüşvət alan mərkəz direktoru həbs edildi

31.10.2023 / 19:25
Qəzza fəlakəti Rusiya cəmiyyətini parçaladı...

31.10.2023 / 19:11
Paşinyan rus və fransız hərbi bazalarını kəllə-kəlləyə gətirir...

31.10.2023 / 18:55
ABŞ səfirindən inanılmaz - "Ermənistan təcavüzə uğrayıb?..”

31.10.2023 / 18:39
Azərbaycanda elektromobillər çoxlu problemlər yaradır...

31.10.2023 / 18:35
YAP-ın Xətai təşkilatında "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirildi - FOTO

31.10.2023 / 18:23
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi - FOTO

31.10.2023 / 18:10
ABŞ da Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulur - Kanadadan sonra 2-ci...

31.10.2023 / 17:55
Kanadanın ermənipərəst siyasətini Fransa yönəldir...

31.10.2023 / 17:41
Böyük Qayıdış demoqrafik tərəqqinin yeni istiqamətini açmaqdadır...

31.10.2023 / 17:38
Yəmən İsrailə müharibə elan etdi...

31.10.2023 / 17:28
Prezident Zəngəzur dəhlizinin açılmasına əlavə 14 milyon manat ayırdı...

31.10.2023 / 17:22
Netanyahunun vəziyyəti ağırlaşır...

31.10.2023 / 17:20
“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

31.10.2023 / 17:14
Müstəmləkə cinayətlərinə görə Kanada Fransa ilə bir sırada durur...

31.10.2023 / 17:00
Paşinyan Ukrayna ilə dialoqu genişləndirir - Rusiyaya yeni sürpriz...

31.10.2023 / 16:47
Rusiyadan Ermənistana gedən turistlər niyə bu qədər çoxalıb?..

31.10.2023 / 16:41
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir...

31.10.2023 / 16:39
Prokurorluq işçilərinin say həddində dəyişikliklər edildi

31.10.2023 / 16:35
2023-cü il üzrə Ümumdünya Məskunlaşma Günü Bakıda keçiriləcək

31.10.2023 / 16:34
Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq - Qanuna dəyişiklik edildi

31.10.2023 / 16:23
Türkiyə BMT TŞ-yə alternativ təşkilat yaradılmasını təklif etdi - Rusiyadan reaksiya ver...

31.10.2023 / 16:16
Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təhvil verdi

31.10.2023 / 16:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO

31.10.2023 / 15:48
“İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir” - Əhliman Əmiraslanov

31.10.2023 / 15:30
Sumqayıtda 2 nəfəri öldürən şəxs evi yandırmaq istəyib - Baş Prokurorluq və DİN yeni məlumat yaydı

31.10.2023 / 15:27
Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

31.10.2023 / 15:23
TDT-yə üzv ölkələrin liderləri Astanada toplaşır - müzakirə ediləcək məsələlər açıqlandı...

31.10.2023 / 15:10
Rəsmən təsdiqləndi - Ermənistan Arazdəyəndəki metallurgiya zavodunu başqa yerə köçürür...

31.10.2023 / 14:44
Sosial yardımlar nə qədər artacaq? - Deputat açıqladı

31.10.2023 / 14:28
Rusiyalı milyarder Fransada saxlandı

31.10.2023 / 14:05
Əli Nağıyev Buriçlə ermənilərdən danışdı....

31.10.2023 / 13:53
Azərbaycanda "TikTok"un fəaliyyəti bərpa edildi

31.10.2023 / 13:51
Kanadanın İrəvandakı səfiri Fransanı ittiham etdi - Sülh prosesinə mane olur...

31.10.2023 / 13:45
İtaliyalı admiral Azərbaycanda - Baş Qərargahda təntənəli qarşılama mərasimi keçirildi - FOTO/VİDEO

31.10.2023 / 13:31
ABŞ-ın İraqdakı hərbi bazasına hücumlar intensivləşir...

31.10.2023 / 13:18
DTX rəisi AŞ-nin baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırdı

31.10.2023 / 13:12
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşuldu

31.10.2023 / 13:03
Кто хочет столкнуть мусульман и евреев? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2023 / 12:45
Akademik: "Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir"

31.10.2023 / 12:33
"Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır" - Əziz Ələkbərov

31.10.2023 / 12:09
Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb - Milli Məclisdə açıqlandı

31.10.2023 / 12:02
İsraildən açıqlama: terror aktı planlaşdıran 3 nəfər saxlanılıb

31.10.2023 / 11:53
Xəstəxanalarda “Randevu” sistemi olacaq

31.10.2023 / 11:34
Mətbuat Şurası jurnalist gödəkçəsi paylamadığını bəyan etdi

31.10.2023 / 11:21
“Bakıda ucuzluqdur” - Kot-d'İvuarlı futbolçu

BAKI-XƏBƏR QƏZETİ PDF ARXİV

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031