20/05/2024 07:08
728 x 90

Amerikalı reperin həbsxana vəsiqəsi satışa çıxarıldı - 75 min dollar!

img

Amerikalı mərhum reper Tupak Şakurun 1995-ci ildəki həbsxana vəsiqəsi 75 min dollara satışa çıxarılıb. Xarici medianın yazdığına görə, vəsiqə "Moments In Time" təşkilatının saytında reperin 35.000 dollar dəyərində olan fotoşəkili ilə birlikdə nümayiş etdirilir. Alıcı Tupak tərəfindən doldurulmuş və üzərində "Şəxsiyyətimi itirmişəm, yenisinə ehtiyacım var. Çox sağ ol" yazısı olan əvəzedici kart formasını da əldə edə biləcək.

Qeyd edək ki, reper zorlama ittihamı ilə 9 ay müddətində Klinton İslah Müəssisəsində həbs edilib. O, 1,4 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.

Mətləb

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar