Azərbaycan toponimlərinin dəyişdirilməsi total soyqırımı hadisəsidir. Ermənistan tarixin təhrif olunmasına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Bu sözləri AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, akademik İsa Həbibəyli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə söyləyib
Ölkəmizin Vətən müharibəsindəki Zəfəri və sentyabr ayındakı lokal xarakterli tədbirlərlə öz ərazi bütövlüyünü tam bərpa etdiyini bildirən İsa Həbibbəyli tarixin qorunub saxlanılması, toponimlərimizin bərpası istiqamətində Toponimiya komissiyasının fəaliyyətindən söz açıb, görüləcək işlər barədə danışıb.