ABŞ-ın İraqın qərbindəki Ənbər əyalətində yerləşən Ayn-əl-Əsəd hərbi bazası yenidən PUA hücumuna məruz qalıb.
"Reuters" agentliyi bu barədə İraq hökumətində və güc strukturlarında olan mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, hücum nəticəsində insan tələfatı və maddi itki qeydə alınmayıb.
Pentaqonun yüksək vəzifəli nümayəndəsi oktyabrın 17-dən 30-dək PUA və raketlərdən istifadə olunmaqla ABŞ və beynəlxalq koalisiyanın İraqdakı bazalarının 14 dəfə, Suriyadakı bazalarının isə 9 dəfə hücuma məruz qaldığını bildirib.