20/05/2024 07:08
728 x 90

Xalqın qürur yeri – şəhid Zabil Azadlı... - FOTO

img

44 günlük haqq savaşında canı bahasına bizə zəfər sevincini yaşadan, Vətənin qürur yeri olan qəhrəmanımız, şəhid Zabil Tələt oğlu Azadlı dağlar diyarı Lerik rayonunun Biləvər kəndində dünyaya göz açıb.

Bu ölməz lerikli balasının adı indi əzəldən hər daşına, qayasına vurğun olan Azərbaycana şərəfdir. Torpağı qanlı ilə suvararaq müqəddəs edən Zabil Azadlının şəhadətə qovuşduğu gündən iç il ötdü. O, cismən aramızda olmasa da, milyonların ürəyində yaşayır. Qərinələr boyunca da qəhrəmanlığı dillərdə dastan olar, örnək sayılan ömür yolu qəlblərə Vətənə məhəbbəti hissi gətirər. Şəhid Zabil Azadlının anım günündə bir daha göründü ki, Vətən, millət yolunda şüurlu sürətdə özünü fəda edənlər hər zaman ən böyük hörmətə layiqdirlər. Anım mərasiminə gələnlər-rayon rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri elin qəhrəman oğlu Zabil Azadlının yatdığı məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər. Çıxışlar zamanı bildirildi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflər yazılmaqla, xalqımızın mənliyini, kimliyini bir daha bütün dünyaya göstərdi. Bu şərəfi bizə yaşadan Zabil kimi oğulların xatirəsini hər yerdə, hər zaman əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

21 yaşında şəhidlik şərbətini dadan Zabil Tələt oğlu Azadlı 2017-ci il yanvar ayının 9-da Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Kəşfiyyat bölüyündə xidmət edən Zabil 3 ay sonra xidmətini Ağstafada, Ermənistan sərhədində davam etdirib. 2018-ci il iyul ayının 2-də əsgərliyi başa vurduqdan sonra ailəsinin yanına, ehtiyata buraxılıb. Zabil Azadlının ailədə günləri nə qədər xoş keçsə də, ermənilərə əsir düşən Qarabağın taleyi onu çox düşündürüb. Qəlbi hər an dığalardan qisas almaq həvəsi ilə alovlanıb. Odur ki, 2020-ci ilin 27 sentyabrında məqam yetişən kimi ön cəbhəyə yollanıb. İlk gündən düşmənin kabusuna çevrilib. Vətən torpaqların hər qarışı uğrunda mərdliklə vuruşub, yağının çoxsaylı canlı qüvvəsini, texnikasını məhv edib. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı xaın gülləsinə tuş gəlib. Şəhidlik zirvəsinə ucalmaqla bir evin oğlu bütün Azərbaycanın fəxrinə çevrilir. Ağır müharibə meydanlarında döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdiyi üçün dövlət tərəfindən isə Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", eləcə də digər  medallara layiq görülüb.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar