20/05/2024 06:52
728 x 90

“Bakcell” Əhmədlidə yeni mağaza açdı - FOTO

img

Ölkənin ən böyük özəl mobil operatoru olan “Bakcell” yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb.

Əhmədli metrostansiyasının yaxınlığında yerləşən yeni mağazada modern atmosfer, müasir standartlara cavab verən elektron növbə sistemi ilə yanaşı, abunəçilərin “Bakcell”in məhsulları ilə yaxından tanış ola biləcəkləri elektron guşədə əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.

Mağazada premium zəng xidməti olan VoLTE-nin aktivləşdirilməsi, yeni nəsil sim texnologiyası – eSim satışı, tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə yanaşı 10 növdən çox xidmət təqdim olunur.

“Bakcell” olaraq hər zaman innovasiyanın və rəqəmsallaşmanın gücünə inanmışıq. Əhmədli filialımız da bu gücü sizə daha yaxın etmək üçün bir vasitədir. Sərhədləri aşaraq innovativ yenilikləri sürətlə ölkənin hər nöqtəsinə çatdırmaq əsas hədəflərimizdən biridir” - deyə “Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller bildirib.

Ölkənin dörd bir yanında “Bakcell” ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar