27/07/2024 12:30
728 x 90

"İdman və biz" idman portalının təqdimat mərasimi keçirildi - FOTO

img

"İdman və biz" (idman.biz) idman portalının təqdimat mərasimi keçirilib. Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) layihəsi olan "İdman və biz" (idman.biz) idman portalının təqdimat mərasimi baş tutub.

Trend xəbər verir ki, təqdimat mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Trend BİA-nın direktoru İlqar Hüseynov və digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlara layihə haqqında məlumat verən Trend BİA-ın direktor müavini Sahil Kərimli bildirib ki, Trend Beynəlxalq informasiya Agentliyi daim yeni layihələri ilə öz oxucularını sevindirir. "Agentliyimiz həm beynəlxalq, həm də yerli layihələrə imza atır. Bu gün təqdimatına toplaşdığımız "İdman və biz" (idman.biz) saytı da bu layihələrdən biridir. İlk öncə xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mətbuat sahəsinə göstərdiyi böyük diqqət və qayğı son illər mediamızın inkişafına ciddi təkan verib. Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz də Trend İnformasiya Agentliyi olaraq əlbəttə ki, medianın inkişafına öz töhfələrimizi verməyə çalışırıq və bu istiqamətdə yeni layihələr üzərində işləyirik", - o bildirib.

Kərimlinin sözlərinə görə, idman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək.

"Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Portalımız idman dünyasına dair ən son xəbərləri, idmana aid nəticələri və analitik məlumatları təqdim edir. Oxucularımız bütün dünyadan futbol, basketbol, tennis, Formula 1 və və.s idman xəbərlərini operativ və dolğun oxuya biləcəklər. “İdman və biz” saytında çıxan xəbərləri paralel olaraq feysbuk, instaqram, teleqram və digər sosial şəbəkə hesablarından da izləmə imkanı olacaq, - deyə o, əlavə edib.

Sayt haqqında hazırlanmış videoçarx qonaqlara nümayiş olunub. Daha sonra layihə rəhbəri Anar İmanov layihə haqqında qonaqlara məlumat verib.

Təqdimat mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, idman Azərbaycanın dövlət siyasətidir. Dövlətin həm idmana, həm də mediaya olan diqqət və qayğısı nəticəsində bu gün idmanımız və mediamız inkişaf edir.

"Bu tip media resurslarımız yaranır, fəaliyyət göstərir. Trend agentliyinə də təşəkkür edirəm ki, idmana da xüsusi diqqət ayırırlar, idman və gənclər nazirliyi olaraq bu bizi çox sevindirir. Saytın 3 dildə yayımlanmasını xüsusi vurğulamaq lazımdır. Xüsusilə ingilis dilində Azərbaycan idman xəbərləri, idman yeniliklərinin yayımlanması yenilikdir.

İdman.biz saytında ingilis dilində də xəbərlərin yayımlanması Azərbaycan idmanı haqqında dünyada daha çox məlumatın paylaşılmasına vasitə olacaq", - deyə nazir əlavə edib.

Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə isə çıxışı zamanı qeyd edib ki, "İdman və biz" layihəsi Azərbaycanın idman sahəsində yenilikdir, çünki sayt 3 dildə fəaliyyət göstərəcək.

"Trend BİA Azərbaycanda tanınmış, öz yerini qazanmış media resursudur. Əminəm ki, Trend BİA-nın formalaşdırdığı idman saytıda Azərbaycan media məkanında öz layiqli yerini tutacaq. İnanıram ki, bu idman portalı olimpiya və qeyri-olimpiya idman növlərinə də geniş yer veriləcək", - deyə Ç.Hüseynzadə vurğulayıb.

Güləş üzrə ikiqat dünya çempionu Rafiq Hüseynov isə bildirib ki, dəqiq və qərəssiz media resursu olan Trend BİA bu layihənin təşəbbüskarıdır.

"İdman və biz" kimi layihələr nə qədər çox olsa, biz idmançıların uğurlarının dəqiq və qərəzsiz işıqlandırlması da çox olar. Bu hal bizi çox sevindirir. Müsair dövrdə sosial şəbəkələrdə, informasiya resurslarında olan çatışmazlıqlara baxmayaraq belə media resursunun fəaliyyətə başlaması, əminəm ki, gənclərimizi, idmançılarımızı doğru yola istiqamətnləndirəcəkdir".

Təqdimat mərasimində iştirak edən dirəg qonaqlar da öz növbəsində "İdman və biz" layihəsinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar