15/10/2024 00:24
728 x 90

Mal-heyvan kütləvi ərəb ölkələrinə daşındığı üçün ət bahalaşır - İddia...

Kamran Məmmədli: “Azərbaycandan mal-qaranın alınıb xarici ölkələrə aparılması qiymətə çox cüzi təsir edə bilər”

img

Son dövrlər bazarda ətin qiyməti digər məhsullarla müqayisədə kəskin artıb. İki-üç il əvvəl şəhər bazarlarında dana ətinin kiloqramı orta hesabla 10-11 manata, quzu əti 12-13 manata təklif olunurdu. İndiki qiymətlər isə müvafiq olaraq 16-17 və 17-18 manatdır.

Qışda ətin daha da bahalaşacağına dair məlumatlar yayılıb. İddia olunur ki, qiymət artımına səbəb ölkəmizdən kifayət qədər iri və xırdabuynuzlu mal-qaranın ərəb ölkələrinə satılmasıdır.

  • “Ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu da bahalaşmanın baş verməsini labüd edir”

Səslənən iddialarla bağlı fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ətin qiymətinin bahalaşmasının səbəbləri çoxdur. Azərbaycandan mal-qaranın alınıb xarici ölkələrə aparılması qiymətə çox cüzi təsir edə bilər: “Ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu da bahalaşmanın baş verməsini labüd edir”.

Ekspert onu da əlavə etdi ki, ət istehsalının az olmasının başlıca səbəbi örüş yerlərinin zəif olması ilə bağlıdır: “Ətin istehsalının az olması ölkəmizdə yem bazasının zəif olması ilə bağlıdır. Örüş sahələri get-gedə azalır və məhsudarlıq aşağı düşür. Biz bununla bağlı yetərincə xəbərdarlıq etmişdik. Lakin təəssüf ki, bunlara əməl edilmir. Yem bazasının aşağı olması məhsuldarlığı aşağı salır. Azəbaycan 2 milyon 500 min ton qüvvəli yem istehsal etməli olduğu halda, cəmi 200 min ton yem istehsal edir. Bu, lazımi normadan 10 dəfəyə qədər daha azdır. Ölkəmizdə heyvandarlığa ümumiyyətlə ciddi diqqət yetirilmir. Bu yem komponentlərində də xaricdən asılıyıq. Həm soya, həm dərman məhsulları, həm bu sahədə istifadə olunan buğda və arpanın dəyəri qiymətlərə təsir edir. Bu bizim nəzarətimizdə deyil. Bu baxımdan ət istehsalında son dönəmlər xərc artıb. Təbii ki, hər ət istehsalı üzrə xərclərin qiymətlərə təsiri olur. Tutaq ki, quşçuluqda 40 günə toyuq yetişdirilirsə, mal- heyvanın yetişdirilməsi illər tutur. Ona görə də xərclərin artımı fermerlərə və təsərrüfatlara da tədricən təsir edir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar