27/07/2024 08:07
728 x 90

Milli Kitabxana əməkdaşlarının kütləvi etirazı - sıravilərsiz 100 illik yubiley?..

img

Azərbaycan Milli Kitabxanasının əməkdaşları işə çıxmamağa qərar veriblər. Buna səbəb Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir.

Yayılmış məlumatda qeyd edilir ki, tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi iştirak edəcək. Eyni zamanda vurğulanıb ki, Milli Kitabxananın rəhbərliyi maaşa edilən əlavələri də vermək istəmir, həmin vəsaitin Gülüstan sarayındakı tədbirin təşkilinə xərcləndiyi bildirilir.

  • Aydın Xan Əbilov: “Kitabxananaya xeyir verən, əməyi olan şəxslərin həmin tədbirə hansı səbəbdən dəvət edilməməsi maraqlıdır?”

Məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydınxan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mədəniyyət Nazirliyi və onun strukturuna daxil olan mədəni-maarifçi təsisatlarda baş verən hadisələr artıq onu təəccübləndirmir: "Mədəniyyət Nazirliyi və onun struklarında baş verən hadisələrlə bağlı öz narazılıqlarımızı mütəmadi olaraq səsləndiririr. Bizim fikirlər zaman-zaman öz təsdiqini tapır. Son illər adıçəkilən nazirlikdə baş verən hadisələr bunun göstəricisidir. Bütün bunlara baxmayaraq, bu qurum bizi heyrətləndirdirməyə davam edir. Məlumat üçün deyim ki, milli kitabxana ilk dəfə Mirzə Fətəli Axundov adına adlanırdı. Sonradan görkəmli filosofun adı kitabxanadan götürüldü. Bu isə ayrı problemdir".

Həmsöhbətimizin sözlərinə görə, Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik tədbirində yerli və xarici ictimai şəxslərə yanaşı oranın işçiləri də iştirak etməlidir: "Kitabxananaya xeyir verən, əməyi olan şəxslərin həmin tədbirə hansı səbəbdən dəvət edilməməsi maraqlıdır. İşçilərin məvacibin kəsilməsi isə düzgün deyil. Eyni zamanda, işçilərin 100 illiklə bağlı keçirilən ziyafətə çağrılmaması onlara qarşı hörmətsizlikdir. Keçmiş işçilər, əməyi olan, ümumiyyətlə Milli Kitabxana ilə bağlılığı olan hər kəs həmin tədbirdə iştirak etməlidir”.

A.Əbilov son olaraq qəzetimiz vasitəsilə Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə təbrik etdi.

  • Azərbaycan Milli Kitabxanası: “100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsi səbəbilə işə çıxmamağa qərar vermələri haqqında yayılan xəbərlərin heç bir əsası yoxdur” 

Milli Kitabxanadan isə bildirildi ki, 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsi səbəbilə işə çıxmamağa qərar vermələri haqqında yayılan xəbərlərin heç bir əsası yoxdur: “Kitabxananın bağlı olması barədə yazılan məlumatlar da düzgün deyil. Hazırda kitabxananın işçiləri tam tərkibdə işə çıxıblar. Qaldı maaşa edilən əlavələri guya rəhbərliyin vermək istəməməsi və həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərclənəcəyi barədə yazılanlara, bu, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə atılan böhtandır. 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsi məsələsinə gəldikdə, deyə bilərik ki, kitabxananın 100 illik yubiley tədbirinə nəinki sıravi işçilər, hətta Milli Kitabxanada işləmiş, hazırda təqaüddə olan keçmiş əməkdaşlar da dəvətli idilər. Sadəcə, 21.09.2023-cü ildə  keçirilməsi planlaşdırılmış yubiley tədbiri Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlar nəticəsində  şəhidlərimizin olması səbəbindən təxirə salındı”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar