27/07/2024 07:40
728 x 90

Azərbaycan anklavlar üzərində nəzarəti bərpa etməyə hazırlaşır...

img

“Biz ölkəmizi sülhə aparmalıyıq və özümüz üçün qırmızı xətləri çəkmişik. Deməli, müzakirə etdiyimiz rəqəmlər də bizim tərəfimizdən dövriyyəyə buraxılıb. Bu rəqəmi dövriyyəyə buraxan nə müxalifət, nə də Azərbaycan idi. Bizim ərazi 29.800 kvadratkilometrdir, yəni Azərbaycan üçün də 86.600 kvadratkilometr var, başqa cür ola bilməz. Bu, mütləq rəqəmdir”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O qeyd edir ki, İrəvan ən yüksək səviyyədə, baş nazir səviyyəsində Azərbaycan ərazisinin 86 min 600 kvadratkilometrini tanıdığını dəfələrlə bəyan etsə də, Azərbaycan Ermənistan ərazisini də qarşılıqlı şəkildə tanıdığını açıq bəyan etməyib. Parlament sədri qeyd edir ki, Azərbaycanla görüşlərdə 29 min 800 kvadrat kilometr ərazi qeyd olunub, Avropa Şurasının prezidenti və Ermənistan-Azərbaycan danışıqlarında vasitəçilər dəfələrlə bu barədə danışıb: “86,600 kvadratkilometr, bu, haradasa havada asılı olan ərazi deyil, elə deyilmi? 86,600 kvadratkilometr o deməkdir ki, 29.800 kvadratkilometr də Ermənistandır. Yəni bir şeyi deməklə başqa bir şeyi sübut edirsən və əksinə. Azərbaycanla həll etməli olduğumuz digər çoxlu məsələlər var: əsirlərin qaytarılması, sərhədin dəqiqləşdirilməsi, biz də gözləyirik ki, Azərbaycan rəhbəri də rəqəmlə 29,8 min kvadratkilometr və 86,6 min kvadrat kilometr elan edəcək və sairə”. O bildirir ki, İrəvan iki ölkənin müstəqillik əldə etdiyi Sovet İttifaqının xəritəsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımaqda israrlıdır: “Əgər müstəqil olduğumuz xəritəyə görə Azərbaycan ərazisində bizim olduğumuz yerlər varsa, biz bu ərazini tərk etməliyik, bəli, biz də getməliyik, onlar da getməlidir”. Alen Simonyan Ermənistan tərəfinin sülh üçün hansı qiyməti ödəməyə hazır olduğunu soruşduqda cavab verib ki, Ermənistan bu qiyməti artıq ödəyib: “Düşünürəm ki, biz artıq bütün mümkün qiymətləri ödəmişik və daha çox ödəməli olduğumuzu düşünmürəm. Qoy, Azərbaycan öz ərazisində nəzarət-buraxılış məntəqələri qursun, bizim ərazimizdə keçid məntəqələrimiz var və biz bunu daha da inkişaf etdirəcəyik. Baş nazirin çıxışından, eləcə də son məlumatlardan nəticə çıxararaq, yaxın gələcəkdə Türkiyə ilə münasibətlərimizin və sərhədlərimizin hansısa müsbət istiqamətdə dəyişmə ehtimalını da istisna etmirəm”. Bəs, anklavlar məsələsinin həll olunmamış qaldığı və problemlərin siyahısı bununla bitmədiyi halda Ermənistan sülhə necə nail olacaq? Ermənistan parlamentinin spikeri bununla bağlı nikbindir: “Dəhliz mövzusu artıq aktual olmadığı kimi, sülh danışıqları təkcə Ermənistan tərəfindən deyil, qonşu ölkənin rəhbərliyi tərəfindən də intensivləşib. Yollar açıq olacaq, ticarət olacaq, Ermənistan Respublikasının iqtisadiyyatı inkişaf edəcək və sonda biz sülhə qovuşacağıq”.

Qeyd edək ki, həm İrəvan, həm də Bakı ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildiriblər. Erməni siyasi müşahidəçi Armen Bağdasaryan isə qeyd edir ki, tərəflər bu il də sülh sazişi imzalamayacaqlar: “Sülh sazişinin imzalanmasını gözləməyə ehtiyac yoxdur, bunun ehtimalı praktiki olaraq sıfırdır, çünki bu sülh bizim üçün kapitulyasiya olacaq”. Təhlilçinin fikrincə, Bakı Zəngəzur dəhlizini açmağa çalışır: “Məncə, Zəngəzuru almağa çalışırlar. Əgər hərbi yolla bunu edə bilməsələr, o zaman azərbaycanlı qaçqınları geri qaytarmaqla  ərazini öz əhalisi ilə doldurmağa çalışacaqlar”. Azərbaycan isə Zəngəzur dəhlziini güc yolu ilə açmaq niyyətində olmadığını bildirib. Sülhə də hazırdır və bunun üçün Ermənistana təkliflərini də göndərib. Sadəcə, prosesi Ermənistan uzadır. Sülh üçün Azərbaycan 8 kəndin geri qaytarılmasını da tələb edir. Alen Simonyanın açılamalrı bu xüsusda nikbinlik üçün əsas verir.  Ermənistandakı Azərbaycan anklavları Dilican və Ağrı vilayətlərində yerləşir. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli və Kərki kəndləridir. Bu yaşayış məntəqələri 90-cı illərdə, birinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar nəticəzində Ermənistanın nəzarəti altına keçib. Hərbi əməliyyatlara görə kəndlərin heç birində əhali qalmayıb. Erməni  kartoqraf Şaqen Şaqinyan bildirir ki, Ermənistan və Azərbaycan ərazisində anklavlar sovet dövründə yaranıb. Hansı qərarların və qanun normaları əsasında bu torpaqların digər sovet respublikasına verildiyi isə aydın deyil: “Hazırda mübadilənin hansı sənədlərə əsasən baş verdiyi məlum deyil. Moskvada qəbul edilən qərarlar, həmçinin şifahi əsaslandırmalar var. Əsas tezis belədir: ərazilər sakinlərinin böyük hissəsinin qonşu respublikanın nümayəndələrindən ibarət olması əsasında həmin respublikaya verilirdi”. Başqa sözlə, Ermənistanda hesab edirlər ki, ərazilərin verilməsi haqda qərarlar əsassız qəbul edilib. Ərazilərin qaytarılması Azərbaycana sərf edir, Ermənistan üçün isə müəyyən problemlər yaradacaq. Əgər Bakı anklavları öz nəzarətinə qaytarsa, Ermənistanda bəzi yaşayış məntəqələri Azərbaycan mövqelərinin bir neçə metrliyində qalacaq. Bundan başqa, erməniləri bir sual da narahat edir: Anklav kəndlər Azərbaycana verilsə nə olacaq? Erməni mediası yazır ki, bu halda İrəvan-Tiflis avtomobil yolu hər iki tərəfdən bağlanacaq. Sofulu və Barxudarlı kəndləri veriləcəyi halda Azərbaycan İrəvan-Tiflis magistralına nəzarət edəcək. Və əgər Kərki də qaytarılsa, o zaman İrəvan-Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək.

Nahid SALAYEV

Peşə etikası

Son xəbərlər

Ən çox oxunanlar